3 C
Baku
07 Fevral 2023 / 08:25

Polşalı general ölkə ərazisinə düşən raket barədə: “Müharibəyə traktora hücum etməklə başlamırlar”

“Raketlərin ölkə ərazisinə düşməsindən sonra hakimiyyət hava hücumundan müdafiə ilə bağlı əlavə tədbirlərin görülməsi barədə düşünməlidir”.

Bu barədə Polşa generalı və GROM desant bölməsinin keçmiş rəhbəri Roman Polko bildirib.

General baş vermiş hadisəni dünya müharibəsinin xəbərçisi və ya NATO-ya hücum cəhdi kimi qiymətləndirməməyə çağırıb.

“Yadda saxlamalıyıq ki, müharibə traktora hücum etməklə deyil, kritik infrastruktur obyektlərinə və komandanlıq məntəqələrinə hücumla başlayır”, – deyə o qeyd edib.

Polko həmçinin vurğulayıb ki, Polşanın hava hücumundan müdafiəsinin məsuliyyət zonasının Ukraynaya qədər genişləndirilməsi zəruridir.

Mənbə: “Radio ZET”

Related posts

ABŞ-da son 70 ildə ilk dəfə federal səviyyədə qadın edamı təxirə salınıb

Arif Turan

Beyrutdakı partlayışa görə 19 nəfər saxlanılıb

admin

İsrail parlamenti buraxılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq