“Tiktok” sosial şəbəkəsində polisləri təhqir edən gəncin video və fotoşəkilləri sürətlə sosial mediada yayılmağa başladıqdan sonra hadisənin polis əməkdaşları tərəfindən törədilməsi ilə bağlı iddialar da eyni sürətdə yayıldı.
Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev öz Facebook səhifəsində paylaşım edib. Hacıyev bildirib ki, özfəaliyyətdir.
“Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda “jeton” toplamaq niyyəti ilə çəkilib”.