Bu gün Neftçilər prospektində yol hərəkətini tənzimləyən polisi maşın vurub.
Oxu.Az-ın məlumatına görə, Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan maşın onu vurub. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Baş verən hadisə zamanı yaralanan polis əməkdaşı hospitala yerləşdirilib”.