4 C
Baku
04 Dekabr 2022 / 11:45

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi – VİDEO

Vətən müharibəsindən iki il keçməsinə rəğmən ermənilər bu müddətdə sülh danışıqları ilə bağlı prosesi pozmaqla məşğuldur.

Əlbəttə ki, onları belə provakativ addımlar atmağa cəsarətləndirən qüvvələr var. Məsələn ermənilərin ağsaqqalı fransızlar.

Quyruğu qapı arasında qalan Baş nazir Nikol Paşinyan da elə buna görə yenidən Fransaya sığınıb. Üstəlik, oradan sərhədlərin delimitasiyası ilə bağlı yeni təkliflə çıxış edib.

Paşinyan Azərbaycan və Ermənistanın MDB çərçivəsində qəbul edilən ərazilər üzrə sərhədlərin qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan arasında yekun sülhə nail olmaq üçün əsas təşəbbüs göstərən tərəf Rusiya və Avropa olub. Lakin Fransa hər vəchlə çalışır ki, danışıqlarda tərəf kimi iştirak etsin. Lakin heç zaman onda sülhyaratma missiyası alınmır. Çünki məsələyə açıq-aşkar ermənipərəst mövqeyi ilə yanaşır. Bu da problemi həll etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən nüansdır. Bu dəfə də Makron bizi təəccübləndirmədi. Paşinyanla görüşdən sonra ittihamlar səsləndirdi.

Oyun oynayaraq sülh prosesinin başlamasını yubadan Paşinyan hələ də ikili siyasət yürütməkdə davam edir. Lakin siyasətdə iki stulda əyləşmək mümkün deyil. Hazırda isə Ermənistanda gedən vəziyyət Paşinyanın oturmaq istədiyi o stuldan yıxılacağını göstərir.

Daha ətraflı Baku TV-nin süjetində:

Related posts

Zəngilan rayonunun İkinci Alıbəyli kəndi – VİDEO

Arif Turan

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib

Arif Turan

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin bölgələr üzrə STATİSTİKASI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq