4 C
Baku
04 Dekabr 2022 / 12:54

“Papanin” və “Kubinka”da XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və oğurluqlara qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Legitim.Az -a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.

Related posts

Ucarda ağır qəza – 5 nəfər dünyasını dəyişdi

Arif Turan

Ana və azyaşlı övladlarını öldürən şəxs polis tərəfindən saxlanıldı

Arif Turan

Tovuzda 20 yaşlı tələbə özünü asıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq