4 C
Baku
04 Dekabr 2022 / 12:12

Ordumuzun yüksək rütbəli hərbçisi HƏBS EDİLDİ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Legitim.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

 

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Related posts

BMT-nin hazırladığı hüquqi yardım bələdçisi Azərbaycanda hüquqşünasların istifadəsinə verilib – FOTO

Arif Turan

Ahıl kişini daşla vurub pulunu alan şəxsə ağır CƏZA – FOTO

Arif Turan

Azərbaycanda prokurorluq əməkdaşlarının aylıq gəlirləri ikiqat artacaq

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq