24 C
Baku
14 İyun 2021 / 12:19

Oğluna 2 min nəfərlik ad gününü hansı məmur edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında çıxış edib. Türkiyə Prezidenti Ərdoğan vurğulayıb ki, Türkiyəyə qarşı olan erməni lobbisinə, FETÖ terror təşkilatına və PKK dəstəkçilərinə indi də suç örgütləri mənsubları da qoşulub. Ərdoğana görə, AKP iqtidarı istənilən problemi millətətlə müzakirə etməyə hazırdır, bunları suç örgütlərini alət etməklə gündəmə gətirmyə qarşıdırlar. Prezident deyib ki, bu anti-Türkiyə güclərinin ölkənin zəiflətməsinə imkan verməyəcəklər.

Pandemiyaya qarşı mübarizəni Türkiyənin səhiyyə sisteminə “qızıl hərflərlə” yazıldığını deyən Prezident müdafiə-sənayesi sahəsində də, yerli avtomobil istehsalında da ciddi uğurlar qazanmaqda davam etdiyini söyləyib. İdmanda da Türkiyənin uğurlar qazandığını söyləyib, AVRO-2020 Türkiyənin uğur qazanacağına inandığını və Bakıda milli komandanın oyunun Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izıəyəcəyini deyib.

TV Musavata bəlli olub ki, Ərdoğan Bakıdan sonra Şuşada da olacaq və Qurtuluş gününü Prezident Əliyevlə bərabər, Şuşada qeyd edəcək.
“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur: “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.

Cəmiyyətin toylarla bağlı etirazı və bu günlərdə oğluna 2 min nəfərlik ad günü keçirən bir məmurla bağlı yayılanlar da diqqət çəkir. Bundan başqa, uşaq qaçıran deputat və sürücüsü tərəfindən dələduzluğa məruz qalan məmur mövzusu da cəmiyyətdə müzakirə olunur. Deputatlar məmurların onları saymadığını deyir, səbəb nədir?

Ölkədə kitab oğruları ilə bağlı məsələ müzakirə olunur. Kitab oğrusu oğru sayılmalıdırmı?
Makrona vurulan sillə, ermənilərin yeni təxribatları….

Bu və gündəmdəki digər mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat”da müzakirə edirik. Efirə qonaqlar da qoşulacaq və mövzularla bağlı öz mövqelərini açıqlayırlar.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

(Musavat.com)

Related posts

Həbsdə olan güneyli fəaldan XƏBƏR VAR

Arif Turan

Ağdaşda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Arif Turan

Akar: “Bir general və 35 zabit Monitorinq Mərkəzində fəaliyyətə başlayacaq”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq