23 C
Baku
29 Sentyabr 2022 / 11:21

Nurgül Yeşilçayın sevgilisi ilə çimərlikdən görüntüləri yayıldı – FOTO

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay uzun müddətdir sevgili olduğu prodüser Necati Kocabay ilə ötən gün Marmarisdə görüntülənib.

Sahildə ev kirayələyən cütlük dənizdə əylənərkən kameralara tuş gəlib.

Sevgililər bir müddət söhbət etdikdən sonra marketdən ərzaq sifariş ediblər.

Ərzaqlar gəldikdən sonra əşyalarını götürərək sahilə yollanan cütlük bir müddət uzandıqdan sonra dənizə girib.

Dənizdə əylənən sevgililər romantik anlar yaşayıblar.

2004-cü ildə ailə qurduğu həmkarı Cem Özerdən 6 il sonra boşanan Nurgül Yeşilçayın Kocabayla nikah masasına oturacağı gözlənilir.

Related posts

Meyxanaçı Ağakərimin son durumu – VİDEO

Arif Turan

Rəqsanə Zauru müdafiə etdi: “Ağzınıza gələni yazırsınız” – VİDEO

Arif Turan

“İti qovan kimi qovuruq” ifadəsi məşhur serialda

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq