“Məlumatlı bir şəxs deyir ki, notariusda alınan dövlət rüsumları büdcəyə getmir, notariusların hesablarında qalır. Onlar da özlərinə 400 manat rəsmi maaş yazıb, sosial ödənişləri edirlər”.
Bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.
N.Bəydəmirli qeyd edib ki, onlar yığılan gəlirdən də 10 faiz vergi ödəməklə böyük qazanclar əldə edirlər:
“Məsələn, 50 min manat dövriyyəsi olan məhləmizdəki notarius cəmi 5 min manat ödəməklə, dövlət büdcəsindən belə astronomik məbləğləri “yayındırır”, Ədliyyə nazirliyinin rəhbərliyinin də bundan xəbəri var, çünki hərəsi 5-10 notariusa “krışalıq” edirlər…”