27 C
Baku
14 İyun 2021 / 13:12

Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir?

Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
 
Legitim.az xəbər verir ki, bu vəzifəyə 30 yaşlı gənc Həsən Həsənli təyinat alıb.
H.Həsənli bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
O, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
Daha sonra Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrində çalışıb.
2020-ci ilin iyul ayından bu günədək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini olub.
İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Related posts

“Əgər bu durum Ermənistanda yox, Azərbaycanda olsaydı…” – DEPUTAT

Arif Turan

“HAKİMİYYƏTİN ELİTADAXİLİ ÖTÜRÜLMƏSİ MÜMKÜNDÜR…” – “Qorxurlar ki, müsəlmanlar Navalnının ətrafında birləşə bilər”

Arif Turan

UNICEF-in Ermənistandakı nümayəndəsinin fəaliyyəti dayandırılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq