5 C
Baku
07 Fevral 2023 / 10:07

Nazir maaş artımlarından danışdı

“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu “Report”a açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcək.

Related posts

AMB-nin valyuta məzənnələri

Arif Turan

Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi? – RƏSMİ

Arif Turan

“QARABAĞDA 21-ci ƏSRİN MÜHARİBƏSİ OLUB” – “Forbes” Azərbaycanın qələbəsini “heyrətamiz uğur” adlandırdı

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq