22 C
Baku
05 İyun 2023 / 04:37

Nazir imtahan suallarının satılmasından DANIŞDI: “Bizim səhvimizdir”

“Hazırda müəllimlərin işə qəbulu imtahanlarında sualların satılması ilə bağlı məsələ araşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır:

“Sualların satılması ilə bağlı məsələ araşdırılır. Bu, bizim səhvimizdir və mən nöqsanın məsuliyyətindən qaçmıram. Səbəbi araşdırılır. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək”.

Nazir qeyd edib ki, bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub.

Related posts

Professor Əli Abbasov: “RUSİYA MÜHARİBƏ APARMAQ QÜDRƏTİNDƏ DEYİL”

Arif Turan

“Xankəndi üzərində suveren hüquqlarımızı bərpa edə bilərik” – Qüdrət Həsənquliyev

Arif Turan

Rüstəm Behrudi: “Bu payız ciddi hadisələr olacaq, Türkiyə ilə Rusiya…” – Müsahibə

Legitim Legitim

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq