5 C
Baku
07 Fevral 2023 / 09:40

Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLİB

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.

NMR Maliyyə nazirinin həbsinin  təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

Related posts

İlham Əliyev: “Paşinyan mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi”

Arif Turan

Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir

Arif Turan

Ramazanın 26-cı gününün duası – İmsak və iftar vaxtı

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq