11 C
Baku
30 Mart 2023 / 14:38

Naxçıvan Universitetinə yeni rektor təyin edildi – FOTO

Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

“Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Related posts

İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq

Arif Turan

İlham Əliyev 6 prokurorluq əməkdaşına ali xüsusi rütbələr verib – SİYAHI

Arif Turan

Azərbaycan Prezidenti xəbərdarlıq edib: “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Oxşar addım təkrarlanarsa, cavabımız çox sərt olacaq”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq