9 C
Baku
30 Mart 2023 / 16:01

Naxçıvan polisindən əməliyyat: Dörd nəfər saxlanıldı – FOTO

Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü David Abdullayev idarə etdiyi “NAZ Lifan” markalı avtomobili ilə tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev və Kəngərli rayon sakini, 1994-cü il təvəllüdlü Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulan, müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və iki ədǝd preqabalin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Related posts

Biləsuvarda sexdən oğurluq edən şəxs tutulub

Arif Turan

Bakıda dəhşətli hadisə – həyat yoldaşını öldürdü, sonra özünü asdı

Arif Turan

Sevgilisi tərəfindən yandırılan oğlanın anası danışdı – TƏFƏRRÜAT + VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq