4 C
Baku
04 Dekabr 2022 / 13:07

NATO-nun baş katibi təcili iclas çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Silahlar üzrə Milli Direktorlar Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.

Bu barədə Şimali Atlantika Alyansının saytı xəbər yayıb.

Görüş zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələri, NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə bu sahədəki boşluqların aradan qaldırılması yollarının müzakirə edildiyi vurğulanıb.

Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb.

“NATO-nun hərbi arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, – deyə o, bildirib.

Mənbə: gazeta.ru

Related posts

Kral III Çarlza etiraz: “Evimizi qızdırmaq əvəzinə sizin mərasimin pulunu ödəməliyik” – VİDEO

Arif Turan

İzmirdə yenidən zəlzələ oldu

Arif Turan

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq