4 C
Baku
04 Dekabr 2022 / 13:52

Narkokuryerliyə cəlb olunan daha 34 nəfər tutulub – VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxslərdən doqquz kiloqram, o cümlədən dörd kiloqram heroin, bir kiloqram metamfetamin və dörd kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, o cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin dörd kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar edilən son faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Related posts

Həbsdəki keçmiş icra başçısı ilə bağlı YENİ XƏBƏR

Arif Turan

Bakıda politoloq rüşvətdə ittiham edilir – FOTO

Arif Turan

39 yaşlı kişi arvadını öldürüb özünü bıçaqladı – Yenilənib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq