23 C
Baku
28 May 2023 / 23:54

Mübariz Qurbanlı: “Azad edilmiş ərazilərdə məscid və abidələrin bərpası işi aparılır”

“İşğaldan azad edilmiş əraizlərdə məscid tikintiləri,  tarixi abidələrin bərpası işi aparılır. Bu, ölkə başçısı və Mehriban Əliyevanın xüsusi diqqətindədir”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu proseslərlə bağlı xüsusi proqram tərtib olunub:

“Bu proqrama uyğun olaraq həmin ərazilərdə məscidlər inşa olunur. Əsasən fikir verilir ki, əvvəlki dövrdə olan məscidlər eyni formada bərpa olunsun. Çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, böyük qayıdış yekunlaşdıqdan sonra isə həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq”.

Related posts

İlham Əliyevin Sofiyadakı açılış mərasimində çıxışı – YENİLƏNİB + FOTO/VİDEO

Arif Turan

Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlandı – FOTO

Arif Turan

1 milyarda yaxın problemli kredit

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq