27 C
Baku
14 İyun 2021 / 13:35

Müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunan vakansiyaların sayı açıqlanıb

2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

İdarədən Yeniavaz.com-a verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1 600 nəfər işə qəbul olunub.
Bunlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Related posts

Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmir yolu çəkiləcək

Arif Turan

250-yə yaxın hərbçiyə əlillik dərəcəsi təyin edilib

Arif Turan

Türkiyə mütəxəssisləri limonlu suyun faydasından bəhs ediblər. Bu barədə “Report” “Sabah” nəşrinə istinadən xəbər verir. Mütəxəssislər müəyyənləşdiriblər ki, limonlu su insan orqanizmi üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Bir ay acqarına ilıq limonlu sudan istifadə insanın səhhətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Ekspertlərin sözlərinə görə, belə su immun sistemini gücləndirir, antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir. Limonlu su həmçinin xərçəng xəstəliyinin inkişafı riskini aşağı salır. Limon sudan müntəzəm istifadə eləcə də revmatizmin qarşısını alır. Bundan başqa, nəşr qeyd edib ki, limon su ürək bulanması əlamətlərini aradan qaldırır. Belə su eyni zamanda qaraciyərdə kalsiumun və oksigenin səviyyəsini tənzimləməyə kömək edir.

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq