27 C
Baku
14 İyun 2021 / 13:30

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişikliklər olacaq

Gələcəkdə imtahanların hansı formada keçirilməsi ilə bağlı fikir müzakirələri aparılır.

Legitim.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, imtahanların məzmunu fənn bilikləri ilə yanaşı, müəllimlərin pedaqoji fəaliyyətini də dəqiq ölçməlidir:

“Müəllimin peşəsini daha yüksək səviyyədə icra etməsi önəmlidir. İmtahanların çətinliyi məsələsi nisbidir. Gələcəkdə bizim imtahanların hansı formada keçirilməsindən asılı olmayaraq, imtahan fəlsəfəsi düzgün qiymətləndirilməlidir. Bəzən narazılıqlar yaranır, lakin məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir”.

Related posts

Suqovuşan və Talış kəndlərinə gedən yollar bərpa edilir

Arif Turan

Quba, Xaltan və Şabranda yağış, Xaçmaz, Qusar və Şahdağda qar yağıb

Arif Turan

“Dərs vaxtı” izləyicilərinin NƏZƏRİNƏ

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq