23 C
Baku
29 Sentyabr 2022 / 11:48

Müəllimi döydüyü iddia olunan direktor danışdı – YENİLƏNİB

Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov müəllimi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Direktor Oxu.Az-a açıqlamasında bildirib ki, müəllimi döyməsi barədə fikir düzgün deyil:

“Məsələ hüquq-mühafizə orqanlarında araşdırılır. Müəllimlərin də izahatı alınıb. İbtidai sinif müəllimi Fatma Musayeva ilə bizim mübahisəmiz dərs bölgüsünə görə baş verib. Həmin şəxs sertifikasiya imtahanından cəmi 16 bal toplayıb və müsahibə mərhələsinə də keçə bilməyib. Ona 5 saat dərs düşür, amma ikinci sinif apardığı üçün 14 saat – bölünməyən dərsləri ona verdim. Məktəbdə 10 sinif müəllimi və dörd sinif var. Ona görə də, bir saat dərsi ona əlavə etmədim. Bundan qəzəblənib məni təhqir etdi və döydüyümü iddia etdi”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, Goranboy rayon Kələk kənd tam orta məktəbinin direktorunun həmin məktəbin ibtidai sinif müəllimini döyməsi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Related posts

Azərbaycanda bu gün 3 759 yeni yoluxma faktı qeydə alınıb

Arif Turan

“İstənilən vətəndaş soyadının sonluğunu milli sonluqla əvəz edə bilər” – Vitse-spiker

Arif Turan

Sabahın hava proqnozu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq