3 C
Baku
07 Fevral 2023 / 09:24

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür-FOTOLAR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Legitim.az xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb.

Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

İki il mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb.
Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Onun meyitini düşmən geri qaytarmaq istəmir, şəkillərini sosial şəbəkələrdə paylaşırdılar.

Lakin bu şəkillər Azərbaycanın igid balasını hər kəsə daha çox sevdirdi, hər kəs bir nəfər kimi qəhrəmanın cəsədinin geri verilməsini tələb edirdi. Dövlət başçısının səyləri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində şəhid Mübariz İbrahimovun noyabrın 6-da qarşı tərəfdən alınıb.

Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi əbədiləşdirilib. Adı dillər əzbəri olan qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə olaraq göstərilir. Allah rəhmət eləsin.

Related posts

Türkiyədə xüsusi əməliyyat keçirildi – 33 nəfər həbs edildi

Arif Turan

Hazırlıq kurslarının fəaliyyətində dəyişiklik olacaqmı?

Arif Turan

Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq