23 C
Baku
28 May 2023 / 22:55

Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir” – FOTO

“Zəngilan” tankerinin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir.

LEGİTİM.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, “Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb:

“Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir”.

Related posts

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Arif Turan

Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq

Arif Turan

Günün məzənnələri

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq