20 C
Baku
22 May 2022 / 17:56

Mikayıl Cabbarov Səngəçal terminalındakı vəziyyətlə tanış olub – FOTO

Bu gün Azərbaycan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səngaçal terminalına səfər edib.

Bu barədə Legitim.az-a şirkətdən məlumat verilib.

Səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.

Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.

Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.

Related posts

BAYDENİN “QATİL” İTTİHAMI NATO-nu PARÇALAYIR – Merkel “qatil”dən qaz almaqda davam edir, Türkiyə çox sıx münasibətlər saxlayır

Arif Turan

DİN: Cəbhəyanı bölgələrdə polis əməkdaşlarının xidməti davam etdirilir – VİDEO

Arif Turan

Yeni avtobus xətti fəaliyyətə başlayır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq