23 C
Baku
28 May 2023 / 23:01

Messi Türkiyəyə gedir

Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirməsi gündəmə gəlib. 

LEGİTİM.AZ “Haber Golabl”a istinadən xəbər verir ki, ilk danışıqlar müsbət nəticə verib və Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.

Türkiyə Böyük Millət Məclisinin Latın Amerikası və Karib hövzəsi Parlamentinin Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahin, “Zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirmək üçün keçirilməsi planlaşdırılan Türkiyə-Argentina matçı həm də Argentina ilə Türkiyə arasındakı münasibətlərə və xalqların yaxınlaşması prosesinə çox mühüm töhfə verəcək”, – deyə açıqlamasında bildirib.

Şahin Türkiyə və Argentina milli komandalarının tarixdə daha əvvəl heç bir matç keçirmədiyini də qeyd edib.

Related posts

Prezident: “19 idman növündə medallar qazanmağımız ölkəmizdə idmanın uğurla inkişaf etdiyini göstərir”

Arif Turan

Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəlib

Arif Turan

İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq