5 C
Baku
07 Fevral 2023 / 09:38

Mahiri məhkəməyə verən vəkil Nurlanla bağlı qərara da təsir edib

Xəbər verdiyimiz kimi, FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin sabiq klubu “Legiya”ya 100 min borcu olduğuna görə futbol fəaliyyətinə qadağa qoyub.

“Qafqazinfo”nun məlumatına görə, yığmamızın forvardı haqqında bu qərarın verilməsinə isə Polşa klubunun hüquqşünası Yakub Lakovski nail olub.

Maraqlıdır ki, Lakovski “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki işində 3 hakimdən biri olub.

Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı statusa görə futbolla bağlı fəaliyyətinə qadağa qoyulan İbrahimovun apellyasiya şikayəti həmin məhkəmədə təmin olunmayıb.

Bu barədə vəkil Fərid Haqverdiyev feysbuk hesabında paylaşım edib. O həmçinin bildirib ki, Emreli 25 min avronu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb: “Yakub Lakovski Nurlan İbrahimovun məhkəməsində 3 əsas hakimdən biri idi. Cəzanı qüvvədə saxlayan da onlar oldu. Mahirin 100 min avro probleminə gəlincə, o, “Legiya”dan “Dinamo”ya keçərkən (Zaqreb) bu transferə görə 800 min avro pul ödənilməli idi. 700 min birdəfəlik, qalan 100 min 4 dəfə olmaqla 25 min avro şəklində qarşı tərəfə verilməli idi. Müqavilədə də bununla bağlı bənd yer alıb. Lakin Emreli həmin pulu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb”.

Related posts

“Keşlə”nin adı dəyişdirilərək “Şamaxı” oldu

Arif Turan

Lionel Messi “İlin komandası”na düşməyib

Arif Turan

Bu da Məsud Özilin Çamlıcadakı 10 milyonluq villası…- Foto

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq