23 C
Baku
29 Sentyabr 2022 / 12:07

Məşhur aktrisadan qalmaqallı sözlər: “Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala bilmirik” – VİDEO

Aktrisa Sonaxanım Əliyeva qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Legitim.az xəbər verir ki, aktrisa “Space” TV-də yayımlanan “Gəl danış” verilişində qonaq olarkən müzakirələrə səbəb olan açıqlamalar verib.

S.Əliyeva rayondan Bakıya axın edən gəncləri tənqid edərək onların əlindən artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb:

“Bölgələrdə yaşayan cavanlar, istər qız olsun, istərsə də oğlan, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaraçılıq edirlər”, – deyə Sonaxanım açıqlamasında bildirib.

Aktrisanın bu fikirləri birmənalı qarşılanmayaraq studiyada əyləşən ekspertləri qəzəbləndirib. Onlar S.Əliyevanın ifadələrində yanlışlığa yol verdiyini bildirərək fikirlərini hamıya şamil etməsinə qarşı çıxıblar.

Ətraflı süjetdə:

Related posts

Xalq artistinin lüks həyatı – FOTO

Arif Turan

Acuna 165 minlik təzminat davası

Arif Turan

Məhşur müğənniyə zor tətbiq edən iş adamı həbs olunub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq