12 C
Baku
12 May 2021 / 07:22

Məmmədyarov Çempionlar turunun yarımfinalında, Rəcəbov isə mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.

Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalın ikinci günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2,5:1,5

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 2,5:0,5

Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) – 2:1

Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1:2

1/4 finalın ilk günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2:2

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 3:1

Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) – 3:1

Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1,5:2,5

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Related posts

Ronaldu A Seriyasının bombardirlər cədvəlində zirvəyə yüksəldi

Arif Turan

“Qarabağ”ın keçmiş futbolçusu karyerasını bitirdi

Arif Turan

Azərbaycan millisinin futbolçusunun Niderlandda nikah mərasimi olub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq