4 C
Baku
04 Dekabr 2022 / 13:05

Məhşur müğənniyə zor tətbiq edən iş adamı həbs olunub

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Bu barədə tanınmış vəkil Elçin Sadıqov paylaşım edib.

O bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsinə əsasən 1 aylıq həbs qərarı çıxarılıb.

E. Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyası keçirir.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

Related posts

Aygün Kazımova görünüşü ilə diqqət çəkdi – VİDEO

Arif Turan

Azərbaycanlı müğənninin sinə dekoltesi problem yaratdı: Efir yarımçıq dayandırıldı – VİDEO

Arif Turan

Dünya ulduz 5 yaşında QADIN SÜNNƏTİ olub – ÖZÜ AÇIQLADI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq