23 C
Baku
28 May 2023 / 22:33

Məhkəmə Biləsuvarda polisə müqavimət göstərən şəxslə bağlı qərar elan edib

Şirvan Apellyasiya Məhkəməsi Biləsuvarda polisə müqavimət göstərməkdə təqsirləndirilən İlqar Rəsulovla bağlı qərar elan edib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2020-ci ilin dekabrın 19-da qeydə alınıb.

Belə ki, İ.Rəsulov Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışova qarşı zor tətbiq etməklə müqavimət göstərib.

Daha sonra o, saxlanılıb.

İ.Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə İ.Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Related posts

Qarayevin dövründəki yeyintilərlə bağlı cinayət işi açıldı

Arif Turan

Cinayətə görə xidmətdən qovulan Mahmudov bu dəfə qonşusunu və qohumunu aldatdı

Arif Turan

Nərminin əmisi oğlu: “Xəbər çıxmadığı halda, atası qonşu kəndə “ciyəraxşamına” getdi”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq