4 C
Baku
04 Dekabr 2022 / 13:14

Lənkəranda axundu məscidin həyətində bıçaqladılar

Lənkəranda din xadimi bıçaqlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Belə ki, Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Related posts

Azərbaycanda məhkumlar üçün videozənglər təşkil edilə bilər

Arif Turan

Azərbaycanda 13 il əvvəl baş vermiş qətlin üstü açıldı

Arif Turan

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq