23 C
Baku
29 Sentyabr 2022 / 11:09

KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya cümə axşamı Ermənistanla Azərbaycan sərhədində yerləşən əraziyə baş çəkib.

Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

“Sentyabrın 22-də KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyası çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Vayodzor vilayətinin sərhəd bölgəsinə səfər edib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Zas Ermənistan ordusunun sərhəddəki bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularla söhbət edib.

Xatırladaq ki, KTMT missiyasının qarşısında mövcud vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı hesabat hazırlamaq və Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdə gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi durur.

Mənbə: TASS

Related posts

“Serjiklə Roberti 1980-ci ildə Kiyevdə SSR-i KQB-nin xüsusi kursuna apardılar və orda…” – ŞOK İDDİA

Arif Turan

Müdafiə Nazirliyi cəbhədə noyabrın 8-nə olan son vəziyyətlə bağlı məlumat yayıb

Arif Turan

Media nümayəndələri “ağıllı kənd” layihəsi icra olunan Üçüncü Ağalı kəndi və Bəsitçay qoruğunda olublar

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq