24 C
Baku
14 İyun 2021 / 11:57

Koronavirusdan nə zaman xilas olacağıq?

Koronavirus mövsümi xəstəlik halına gəldikdən sonra insanları tərk edəcək və daşıyıcı olaraq hər hansı növ heyvan seçəcək.

Bu barədə rusiyalı immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov danışıb.

“Koronavirus yeni təbii lokal infeksiyaya çevriləcək. İmmunitet səviyyəsi 70 faizə çatdıqda virus təbiətə qarışacaq və bir heyvanı özünə sahib seçəcək. İnsanları tərk edəcək. Yeni nəsil insanlarda kütləvi immunitet olmayanda mutasiya edib geri dönə bilər”, – infeksionist bildirib.

Virusoloq Sergey Netyosov isə qeyd edib ki, bunun reallaşması üçün bəşəriyyətin ən azı 70 faizi xəstəliyə qarşı immunitetə sahib olmalıdır və biz hələ bu rəqəmdən çox uzaqdayıq: “Kütləvi immunitetin dünyada ən azı 25 faizi keçdiyi təxminən 20 ölkə var. Dünyanın ciddi rəqəmə çatması üçün aylar lazımdır”.

Qeyd edək ki, dünya üzrə vaksinasiya göstəricisi 1 milyardı ötüb.

Related posts

Ermənistanda koronavirusa yoluxanların sayı 161 mini ötüb

Arif Turan

COVID-19-a qarşı kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 108-ə çatıb

Arif Turan

Bakı və Abşeronda yaşayış yerini tərk edən daha 3 aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq