23 C
Baku
29 Sentyabr 2022 / 11:18

Konfrans Liqası: “Neftçi” möhtəşəm qələbə ilə növbəti mərhələdə – YENİLƏNİB + VİDEO

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” və Kipr “Aris”i üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk hissədə Donyonun qolu ilə önə keçən “ağ-qaralar” ikinci yarıda Eddi İsrafilov və Sayefin qolları ilə fərqi üç topa çıxarıb.

Səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan “Neftçi” 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

 

21:50

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” və Kipr “Aris”i üz-üzə gəlir.

Oxu.Az xəbər verir ki, qarşılaşmada ilk hissə başa çatıb.

Matçın 38-ci dəqiqəsində Donyo “Neftçi”ni hesabda önə çıxarıb.

21:08

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” və Kipr “Aris”i üz-üzə gəlir.

Oxu.Az xəbər verir ki, qarşılaşmada start fiti səslənib.

Matçda hesab açılmayıb.

19:51

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Kipr “Aris”inin start heyətləri açıqlanıb.

“Report”un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mboc, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf

“Aris”: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Çavi Babiçka
Baş məşqçi: Aleksey Şpilevski

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” 0:2 hesabı ilə uduzub.

Related posts

Azərbaycan millisinə 24 futbolçu çağırılıb

Arif Turan

“Fənərbaxça”da yeni yoluxma

Arif Turan

Əsrin ən yaxşı məşqçisi açıqlanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq