11 C
Baku
30 Mart 2023 / 14:15

Kəramət Böyükçöl Baş Prokurorluğa niyə çağırılıb? – RƏSMİ AÇIQLAMA

Yazıçı Kəramət Böyükçöl şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa çağırılıb.

Bu barədə Legitim.Az-a qurumun Mətbuat Xidmətindən bildirilib.

“Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir”, – məlumatda qeyd edilib.

Related posts

Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayır

Arif Turan

Rüşvət almaqda ittiham olunan direktorun məhkəməsi başlayır

Arif Turan

Məhkəmə-Hüquq Şurasının üzvlərinə verilən əlavə pul təminatının hesablanması qaydası dəyişib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq