5 C
Baku
07 Fevral 2023 / 09:55

Kənd məktəbi dövlət büdcəsinə xeyli miqdarda ziyan vurub

Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Related posts

İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Arif Turan

Bakıda qadın özünü asdı

Arif Turan

Göygöldə evə basqın edilib – Bıçaqlananlar var

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq