20 C
Baku
22 May 2022 / 18:08

İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 3800 AZN maaş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərir.

Legitim.az xəbər verir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik.

Qurumdan Legitim.az in sorğusuna cavab olaraq bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər”.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Legitimazin təqdim etdiyi vakansiyalar üzrə əməkhaqqı 450 manatdan 3800 manatadək dəyişir.

İş axtaranlar Məşğulluq Alt Sisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.

Related posts

XANKƏNDİNDƏ “DQR”in YENİ HOQQALARI: cinayətkar Araik və dəstəsi nəyə arxayındır?

Arif Turan

Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib

Arif Turan

MN: Vətən müharibəsində 2855 nəfər şəhid olub -SİYAHI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq