23 C
Baku
29 Sentyabr 2022 / 11:32

İsrailin zərbələri nəticəsində Qəzzada 32 nəfər həlak olub

İsrailin Qəzzə sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 32 fələstinli həlak olub, 253 nəfər yaralanıb.

Legitim.az “Report”a istinadla xəbər verir ki, bu barədə Fələstin Səhıyyə Nazirliyi məlumat yayıb.

Eyni zamanda İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “İslami cihad” radikal Fələstin qruplaşmasının 20 fəalını saxlayıb. Həbslər xüsusilə Cenin şəhərində, Tsaida, Anaza və Rai kəndlərində, həmçinin Tulkərm qaçqın düşərgəsi ərazisində həyata keçirilib.

İsrail Ordusu Qəzza zolağında “İslami Cihad” hərəkatına qarşı “Sübh” əməliyyatına başlayıb. Belə ki, “İslami Cihad” qruplaşması son iki gündə İsrail ərazisinə 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.

Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9% səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.

Related posts

Putindən gözlənilməz addım – Bağlı qapılar arxasında…

Arif Turan

Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyini açıqlayıb

Arif Turan

Təyyarənin qəzaya uğradığı yerdən görüntülər – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq