20 C
Baku
22 May 2022 / 17:10

İsrail hərbçilərinin açdığı atəş nəticəsində “Al-Jazeera”nın müxbiri ölüb

İsrail hərbçiləri mayın 11-də İordan çayının qərb sahilində keçirdikləri əməliyyat nəticəsində “Al-Jazeera” telekanalının müxbiri Şirin Əbu Akla ölüb.

Bu baradə TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə hərbçilərin Cenindəki qaçqın düşərgəsində terrorda şübhəli bilinən şəxsin tutulması ilə bağlı keçirdiyi əməliyyat zamanı baş verib. Belə ki, bu zaman atışma olub.

Fələstin tərəfi bilidirib ki, İsrail hərbçilərinin açdığı atəş nəticəsində “Al-Jazeera”nın müxbiri Şirin Əbu Akla başından yaralanıb. O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.

Qeyd edək ki, Şirin Əbu Akla 1971-ci ildə Qüdsdə anadan olub. O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.

Related posts

Azərbaycanlı bloqqerin “Gelandewagen”ini soydular – VİDEO

Arif Turan

Türkiyədən Yunanıstana SƏRT REAKSİYA

Arif Turan

“Həsən Ruhani milli maraqlara xəyanətə görə mühakimə olunsun” – İran parlamentindən şok qərar

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq