23 C
Baku
29 Sentyabr 2022 / 12:40

İslahat yoxsa qisas ?

Dövlət gömrük komitəsinə sədr əvəzi təyin olunan  Şahin Bağırov represiv siyasət aparmağa başlamışdır. Belə ki, o sanki Səfər Mehdiyevdən keçmişin qisasını almağa və Səfər Mehdiyevə yaxın olan bütün şəxsləri komitədən uzaqlaşdırmağa başlamışdır . Lakin hörmətli Şahin Bağırov onu unudur dövlət başçısı tərəfindən bu vəzifəyə keçmişin qisasını almaq və yaxud öz şəxsi prinsiplərinə davam etmək üçün təyin edilməmişdir. Onun başlıca öhdəliyi  büdcə öhdəliyini yerinə yetirmək Dövlət gömrük komitəsində  islahatları həyata keçirməkdir. Cəmiyyətin, sahibkarların və eyni zamanda dövlətində ondan gözləntisi budur. Belə bir mühüm postu  qisasçılıq və qərəzçilik üçün istifadə alətinə çevirə bilməz. Onun  işi etimadları yüksək səviyyədə doğruldub  dövlətin bütün vətəndaşlar qarşısında bərabərlik hüququna hörmətlə yanaşmaqdan ibarətdir.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə  “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki,  Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.

Related posts

“Azərlotereya” niyə xarici idarəetməyə verildi? – “Bu bazarda canlanma müşahidə edəcəyik”

Arif Turan

Azərbaycanda bu gün 2 420 yeni yoluxma faktı qeydə alınıb

Arif Turan

138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 iş üzrə cinayət işi başlanılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq