12 C
Baku
12 May 2021 / 07:24

“İrşad Electronics” şirkəti qanunu pozduğu üçün cərimələnib

Azərbaycanda elektron və elektrik məhsullarının satışı ilə məşğul olan “İrşad Electronics” şirkəti qanunu pozduğu üçün barəsində protokol tərtib edilib.

“Qafqazinfo” xəbər verir ki, şirkət qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasında, bununla bağlı işlərin yerinə yetirilməsində, xidmət göstərilməsində ittiham edilib.

İqtisadiyyat Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə protokol tərtib edib. Yəni bu inzibati xətaya görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Nəsimi Rayon Məhkəməsi isə bu protokola xitam verib.

Nəticədə nazirlik Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İşə mayın 7-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Related posts

“Bu qüvvələr Paşinyanı qurban verə bilərlər” – İrəvanda çaxnaşma

Arif Turan

Çavuşoğlu: “Haftarın Türkiyəyə qarşı təhdidlərini reallaşdırmasına imkan verməyəcəyik”

Arif Turan

Reza Deqati Fransa kanalında Şuşanın tarixindən danışıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq