12 C
Baku
12 May 2021 / 05:07

İranın və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri – VİDEO

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.
Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.
Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.
Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.
İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur? v(report.az)

Related posts

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etdi – YENİLƏNDİ

Legitim Legitim

“RUSİYA SARSIDICI ZƏRBƏ ALACAQ…” – Ukrayna DİN-dən açıqlama

Arif Turan

Xələf Xələfov: “Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq