29 C
Baku
01 İyul 2022 / 18:20

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı BƏZİ FAKTLAR – YENİLƏNİB

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb.

Legitim.az-ın əldə etdiyi məlumata görə, hadisə sərhəd xəttinin Biləsuvar rayonu istiqamətindən keçən hissəsində baş verib. İran sərhədçiləri tərəfindən güllələnərək öldürülən Mircavad Musayev Şabran rayon sakini olub.

2000-ci il təvəllüdlü və subay olan Mircavad bir müddət əvvəl işləmək məqsədilə rayondan Bakıya gəlibmiş.

İlkin məlumata görə, hadisə vaxtı M.Musayev sərhədi nəzarət-buraxılış məntəqəsi olmayan yerdən keçməyə cəhd göstərib. Bu zaman İran sərhədçiləri atəş açıb.

Mircavad Musayev dünən doğulub-böyüdüyü Şabran şəhərində dəfn edilib.

12:42

May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.

DSX-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.

Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.

Related posts

XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb

Arif Turan

Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi

Arif Turan

Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq