4 C
Baku
04 Dekabr 2022 / 12:54

İran Özbəkistanın “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır

İran Özbəkistana Bəndər Abbas və Çobahar limanları vasitəsilə dənizə rahat çıxışı təmin etməyə hazırdır.

Bunu çərşənbə günü İran prezidenti İbrahim Rəisi bildirib.

“Ölkəmizin avtomobil, dəmir və dəniz yolları şəbəkəsi, xüsusilə Bəndər Abbas və Çobahar limanları özbək sahibkarları tərəfindən Özbəkistandan və digər dövlətlərdən yüklərin daşınması üçün istifadə edilə bilər”, – deyə dövlət başçısı bəyan edib.

Rəisi əlavə edib ki, ölkəsi Özbəkistanı Çobahar sazişinə daxil etməyə və “Şimal-Cənub” dəhlizindən istifadəsini təmin etməyə hazırdır. Onun sözlərinə görə, İran tərəfi bu məsələdə maraqlıdır.

Mənbə: TASS

Related posts

Ukrayna ABŞ-dan ilk uzaqmənzilli raket sistemlərini aldı

Arif Turan

Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb – FOTO

Arif Turan

Hindistanda müsəlman qadınları onlayn qayda ilə “satışa çıxarırlar”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq