3 C
Baku
07 Fevral 2023 / 08:36

İran-Azərbaycan münasibətləri: Buzlar əriməyə başladı? (ŞƏRH)

“İki ölkə arasındakı münasibətlərdə hələ ki, gərginlik hökm sürür. İran hakimiyətinin təbliğat maşını Azərbaycana qarşı hədyanlar söylənilməkdə davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın arasında keçirilən görüşü şərh edərkən deyib. Politoloq bildirib ki, baş verənlər İranın son iki ildə Azərbaycana qarşı dalğavari münasibətinin göstəricisidir:
“Məsələn, müharibə dövründə İran Azərbaycana mənfi münasibət bəsləyirdi. Müharibədən sonra Azərbaycana yenə də pis münasibət bəslədi. Hətta 2021-ci ilin avqustunda Azərbaycan tərəfi İrana etiraz notası verdi. Sonra münasibətləri normallaşdırmağa çalışdılar. Son bir neçə ayda  Tehran rejimi Azərbaycan-İran münasibətlərinin gərginləşməsi istiqamətində ciddi cəhd etdi. İranın Azərbaycanla sərhəd bölgəsində hərbi təlimlər keçirməsi birbaşa Bakıya təhdid idi. Azərbaycana qarşı casusluq fəaliyyətinin genişləndirilməsi İran üçün adi hala çevrilib. İranda Azərbaycana qarşı təbliğatın genişləndirilməsi həmişə müşahidə edilib. Müxtəlif istiqamətlərdə təzyiqlərin göstərilməsi, hətta Azərbaycanın daxilində ictimai qarşıdurma yaratmağa cəhd Tehranın sevilmi məşğuliyyətidir. Hesab edirəm ki, nazirlərin bu kimi məsələləri müzakirə etmək üçün xeyli mövzuları var. Bundan əvvəl Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılmışdı. Eləcə də Tehranın Azərbaycandakı səfiri Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı. Hər iki tərəf səfirlərə öz etirazlarını bildirmişdi. Səfirlərə bildirilən etirazlar nazirlər arasında danışıqla nəticələnməli idi. Bu həm də hər iki tərəfdən yaranmış münasibətlərin gərginliyin azaldılması üçün cəhddir”.
Sədrədin Soltan deyir ki, münasibətlərin inkişaf etməsi, gərginliyin azaldılması istiqamətində fəaliyyət davam edərsə, növbəti addım nümayədə heyətlərinin görüşü ola bilər:
“Yaxud, iki ölkənin məsul nümayəndələri arasında telefon zəngləri baş tuta bilər. İran parlamentinin sədrinin Azərbaycana təxirə salınmış səfərinin bərpa olunması da istisna deyil”.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyəti müzakirə ediblər.

Related posts

Trampdan qələbə mesajı

Arif Turan

“Bax, onda “lazım” gələcək və Turan qurulacaq”

Arif Turan

Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq