29 C
Baku
01 İyul 2022 / 17:31

“İnsan Allahdan qabaq anasını görür” – Xalq yazıçısı ilə MÜSAHİBƏ

Müsahibimiz çox sevilən bir insan, Xalq  yazıçısı Çingiz Abdullayevdir. Uzun müddətdir görüşmək üçün can atsam da,  onun uyğun zamanı olmurdu. Özlüyümdə bu qədər görüşlərə, səfərlərə fiziki olaraq necə enerji çatdıra bilməsinə  təəccüblənirdim. Nəhayət ki, görüşdük. Söhbət zamanı nə qədər alicənab, səmimi insan olmasının canlı şahidi oldum. Nə gizlədim, bütün qadınlar kimi mən də cənab “Dronqo”nun pərəstişkarına çevrildim. İlk başda mənə yorğun təsir bağışladı, elə söhbətə də belə başladıq.

Tanrı qəsdən İblisi yaradıb ki, insan seçim edə bilsin

– Həddən artıq görüşlərim olur, yorğun görünməm normaldır. Köməkçilərim hesablayıblar, bu günə qədər ümumilikdə 170 məktəbdə görüşüm olub. Bu ay  Tibb Universitetində, Prokurorluqda görüşlərim oldu, Şuşaya, Gəncəyə səfər etdim. Sabah 3 tədbirim var. Ramanada oxucularla bir görüşüm olasıdır. Bu görüşlərdən sonra 5 nəfər  kitab oxusa, bu artıq uğurdur.

– Bu qədər görüşləriniz səfərləriniz olur. Bəs  yazmağa necə zaman tapırsınız?

– Universitetlərdən birində görüş zamanı bu sözü dekan müavini də demişdi. Mən dedim “kim mənim kitabımı oxumayıb, əlini qaldırsın”. 500 nəfərdən bir neçə nəfər əl qaldırdı. Mən şəkərbura deyiləm ki, hamı bəyənsin, məni oxumaz, başqasını oxuyar. Bizim gələcəyimiz bu nəsillərin əlindədir. Kitab başqa bir dünyadır və o həmişə oxunacaq. Düzdür, internet var, telekanallar var, amma kitab müqəddəsdir. Nəsimini, Nizamini bu gün oxumurlarmı? Oxuyurlar. Bütün dinlər kitabdan başlayıb. Kitab möcüzələrin açarıdır.

– Siz müsəlmansınız?

– Əlbəttə. Mən Məkkədə, Mədinədə, Kərbəlada, Qüdsdə, Məşhəddə olmuşam. İmam Hüseyni, onun inancı, ideyaları yolunda həlak olmasını qəhrəmanlıq hesab edirəm.
Çox istərdim axirət olsun, bunu ən çox mən istərdim. Elə ona görə deyirəm ki, insan olmaq çətindir. Tanrıdan qorxmadan, hansısa mükafat gözləmədən insan kimi yaşamaq asan deyil. Elə yaşamalısan ki, öləndə səni heç olmasa 10 ləyaqətli insan  dəfn eləsin. Hər şey bu dünyadadır. Bax İslamda deyirlər ki, 3 qızı olanın yeri Cənnətdir. Mən deyirəm ki, kimin 3 qızı varsa, o cənnəti elə burda yaşayacaq. O qızlar atalarını elə sevəcək, elə əzizləyəcəklər ki,  ata özünü  Cənnətdə hesab edəcək.

Related posts

“Ramiz Mehdiyevin yerinə kim olsa, istefa verib nəticələri ilə vaxt keçirməyə gedər”

Arif Turan

“Sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin…” – Səfər Mehdiyev

Arif Turan

Pərviz Nəsibov: “Azərbaycandan dəfələrlə təklif almışam, amma Ukraynanı tərk edə bilmərəm”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq