11 C
Baku
30 Mart 2023 / 14:54

İlham Əliyev terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Dövlət başçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

Related posts

Masallı xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

Arif Turan

Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin banklarla bağlı sorğusunu şərh edəcək

Arif Turan

Polis əməkdaşlarına müqavimət göstərən şəxsin məhkəməsi başlayır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq