29 C
Baku
01 İyul 2022 / 17:05

İlham Əliyev Şavkat Mirziyoyevlə Müstəqillik abidəsini ziyarət etdi – Fotolar

yunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündəki abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Bu abidədə Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra Prezidentlər xatirə şəkli çəkdirdilər.









Related posts

Dünyanın ən varlı qadını

Arif Turan

Prezident İlham Əliyev: “YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub”

Arif Turan

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq