23 C
Baku
29 May 2023 / 00:43

İlham Əliyev: “Ermənistan sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır”

“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”.

Legitim.az Azərtaca-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.

Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın bu siyasəti bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Legitim.az

Related posts

Ermənistan ordusunun Baş Qərargahından növbəti bəyanat: Paşinyan istefa verməlidir

Arif Turan

Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

Arif Turan

Qarabağın dağ çəkən mənzərəsi: Barıt qoxulu yollar, dumanlı dağ, dastana dönən yurd… – REPORTAJ

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq