12 C
Baku
12 May 2021 / 05:23

Hər dəqiqə qabağımıza çıxan internet reklamlarından necə qurtula bilərik – HƏLL YOLU

Brauzerdə reklamlar bizi bəzən o qədər bezdirir ki,ona görə də qərara gəldim ki bu problem haqqında geniş və tutarlı məqalə yazım. Gəlin ilk öncə bu reklamların yaranma səbəblərindən danışaq.

Legitim.az compboard-a istinadən xəbər verir ki, bu cür reklamlar internet səhifəsində deyil, bir başa sizin komputerdə gizlənmiş reklam xarakterli proqramlar yaradır.

Belə proqramlar adətən mənşəyi bilinməyən proqramların komputerə quraşdırıldığı zaman komputerə düşür.

Məsələn deyək ki, siz hansısa saytdan musiqi redaktoru proqramını yüklədiniz və onu komputerə quraşdırmaq istəyirsiniz. Quraşdırılan zaman proqramın özü ilə bərabər, reklam proqramıda komputerinizə yüklənir. Və bu da ilk öncə qeyri-ixtiyari bütün brauzerləri bağlayir. Lakin siz yenidən açıb sevimli saytlara daxil olduqda isə, başlayır o reklam saatı.

Özüdə bu da azmış kimi, sytda normal keçidlərə klik edərkən üstəlik bir dənədə başqa səhifə açılır. Bu da reklam proqramını yaradan adam üçün gəlir mənbəyi olur.

Odur ki vaxt itirmədən keçək reklam virusların təmizlənməsinə

Hitman Pro proqramının köməyi ilə

Əksər istifadəçilər üçün mən Hitman Pro proqramını məsləhət görərdim. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, məhs bu proqramın köməyi ilə bir çox komputerlər reklam “zibilindən” azad olub.

Proqramı siz rəsmi saytı olan http://surfright.nl/en/ keçidindən yükləyə bilərsiniz. Proqram pulludur və 30 günlük istifadə edilməsi üçün lisenziyası vardır. Lakin bu yalnız bir dəfə lazım olduğundan bizə qorxusu yoxdur. Özüdə proqramı komputerə heç quraşdırmayacağıq.

Proqramı başladıb aşağıdakı Дальше düyməsinin yanındakı oxa klik edib şəkildəki kimi seçirik.

Şəkildəki kimi bu bəndi aktiv edirik:

İndi axtarış prosesi gedir. Bu zaman əgə fon mavidirsə, bu komputerdə təhlükəli virusların olmaması deməkdir.

Əgər fon avtomatik olaraq qırmızı olarsa, o zaman proqram hansısa reklam virusunu artıq tapmış olduğunu məlumat verir.

Skan prosesi bitdikdən sonra virusun dağıdıcı və proqramlaşma səviyyəsindən asılı olaraq silinməsində müəyyən müddət çəkə bilər. Hətdə tam silinməsi üçün komputerin restart edilməsi belə tələb oluna bilər!

Komputeri söndürüb yenidən yandırdıqdan sonra reklamları ilə bezdirən brauzerə daxil olun və reklamların olub-olmamasını yoxlayın.

Malwarebytes Antimalware problemdən qurtuluş

Malwarebytes Antimalware — virus və reklam xarakterli proqramların silinməsi üçün daha bir güclü vasitədir.

Əgər Hitman Pro proqramı kömək etməzsə, o zaman bu proqramı yükləməniz lazım gələcəkdir. Proqram Hitman kimi komputeri tam skan etdikdən sonra tapdığı bütün “zibilləri” siləcəkdir. Sistemə restart verdikdən sonra brauzerinizə daxil olub yoxlamaq lazıdır ki, reklam qalıb yoxsa yox.

Proqramı https://www.malwarebytes.org/products/ keçidi ilə keçib yükləyə bilərsiniz.

Əgər reklamlar silindikdən sonra brauzeriniz proksi-serverə qoşula bilmirəm adlı xəta göstərirsə…

bu o deməkdir ki, siz saytlara daxil ola bilməyəcəksiniz. Belə olduğu halda Windows-un ayarlar panelini açmalısınız. Yuxarıda sağ küncdə «Значки»-yə görüntünü çevirib «Свойства браузера» işarəsinə klik edib, açılmış pəncərədə «Подключения» menusuna keçin və «Настройка сети» düyməsinə klik edin.

Автоматическое определение параметров bəndini aktivləşdirərək использование прокси-сервера для локальных подключений bəndini isə əksinə, söndürün.

Reklam göstərən proqramın silinməsi

Bəzən elə olur ki, yuxarıda sözü gedən proqramlarla yoxlayıb bütün virusları təmizlədikdə sonra, brauzerdə müəyyən reklam blokları qalmaqdadır. Bu o deməkdir ki, komputerə bu reklam bloku proqram kimi quraşdırılmışdır.

İndi biz onu silməliyik. Adətən həmən reklam blokların qıraq bucaqlarında proqramın adı yazılır. O adı yadda saxlayın və keçin ilk öncə Windows Ayarlarına— Программы и компоненты bölməsinə və qarşınıza açılacaq siyahıda həmən adı axtarın. Bu siyahı komputerinizə quraşdırdığınız proqramlar siyahısıdır. Əgər tapdınızsa, üzərinə iki dəfə klik edərək silin.

Görün bu necə pis bir virusdur ki, hətda proqramı sildikdən sonra proseslər arasında ilişib qala bilir. Ctr+Shift+Esc düymələrini sıxaraq Tapşırıqlar Dispeçerini açırıq Windows 7-də «Процессы» menusuna Windows 8 və 8.1-də isə «Подробности» menusuna keçirik. Burada «Отображать процессы всех пользователей» düyməsinə klik edirik. Siyahıda axtarın həmən blokun adı ilə bağlı bir proses aktivdir yoxsa yox.

Üzərində siçanın sağ düyməsi ilə klik edib, siyahıdan prosesi bitirmək əmrinə klik edin. Çox gümanki, bağlandıqdan sonra o yenə aktivləşəkdir.

Deməli belə, əgər məhs bu proses reklamın yaranmasına səbəb olursa və onu dayandırmaq mümkün deyilsə, o zaman üzərinə siçanın sağ düyməsi ilə klik edib açılmış siyahıda prosesin hansı qovluqda yerləşdiyini «Открыть расположение файла» bəndinə klikləməklə tapırıq. Qovluğu yadda saxlayırıq.

İndi Win+R düymələrini sıxıb açılmış pəncərədə msconfig daxil edib Ok düyməsini sıxırıq. Конфигурация системы adlı sistem ayarları pəncərəsi açılacaqdır. Bu pəncərədə «Загрузка» menusuna keçib «Безопасный режим» bəndini işarələyib Ok düyməsinə klik edin. Sizdən sistemin restart olunması tələb olunacaqdır.

Təhlükəsizlik rejiminə keçdikdən sonra Sistem Parametrlərinə keçib Qovluqlar ayarlarını tapın və gizli qovluq və faylların görünməsini təmin edin.

Sonra yadda saxladığınız prosesin yerləşdiyi qovluğa daxil olun və içərisində olan bütün fayllarını silin.

Sonra yenidən Win+ R düymələrini sıxıb açılmış pəncərədə msconfig daxil edib Ok düyməsini sıxırıq və açılmış pəncərədə «Автозагрузка» menusuna keçib oarada əlavə nə işarələnibsə götürürük. Və sonda əlbətdə ki «Безопасный режим» bəndinin önündəki işarəni götürüb Ok düyməsinə sıxmağı unutmuruq.

Problem sən demə elə brauzerin özündə imiş kim…

Yuxarıda danışdığım bütün həngamədən sonra, bu reklam getmək bilmirsə deməli bu işdə bir iş var. Nolar, belədirsə daxil olaq brauzerimizin genişləndirilmələr səhifəsinə:

  • Google Chrome-da — ayarlar düyməsi — инструменты — расширения
  • Yandex Brauzerdə — ayarlar düyməsi — дополнительно — инструменты — расширения

Bütün şübhəli genişləndirilmələri bir bir söndürün. Ola bilsin ki, onların arasında ola bilər. Tapdığınız təqdirdə, genişləndirməni silin və brauzeri bağlayın və yenidən başlatın.

Reklamı saxtalaşdırmak məqsədi ilə dəyişdirilən hosts faylı

Deyilənlərdən başqa, Reklam tipli viruslar öz çirkin məqsədlərinə çatmaqdan ötrü sistemdə nəyə istəsəniz əl ata bilərsər. Misal üçün əksər bu tipli zərərvericilər windows-da olan hosts faylını korlayırlar. Aşağıda gördüyünüz şəkildə reklam proqramı google-saytının bütün ünvanlarından istifadə edərək reklam təyinatını saxtalaşdırmaq istəyirmiş.

Host faylını düzəltmək üçün ilk öncə Mətn proqramını administrator adından işə salın və File menusundan Windows\System32\drivers\etc\, qovluğuna keçib hosts faylını seçin. Açılmış faylda yuxarıdakı şəklə bənzər mətnlər olacaqdır. Aşağı sətrdəki son # işarəsindən sonra olan bütün sətrləri silin və faylı yaddaşa verin.

Əlavə məlumat

Bu gədər təlimatdan sonra axır ki, reklamdan qurtuldunuzsa, o zaman sizi təbrik edirəm! 🙂 Lakin sonuncu və bəlkə də çox maraqlı bir məqama toxunsaq, pis olmaz. Deyək ki, brauzerinizin İş stolundaki keçidinə klik edən zaman əvvəl öyrəşdiyiniz səhifə açılmırsa, deməli, brauzerin start səhifəsi dəyişdirilmişdir.

Siz ayarları ələk-vələk etmisiniz, lakin start səhifə olduğu kimi qalır. Bu zaman İş stolunda olan brazuerin keçidinin üzərinə siçanın sağ düyməsi ilə klik edib, Свойства bəndinə klik edirik. Açılmış keçid xassələrində Oбъект xanasına diqqət yetirin. Orada olan yazı Google Chrome üçün Application\chrome.exe” Mozilla Firefox üçün isə Mozilla Firefox\firefox.exe” kimi bitməlidir. Əgər əlavə hansısa sayt keçidi varsa dərhal silin! (lent.az)

Related posts

Ötən sutka ərzində orta məktəblərdə 4 şagird və işçi heyətin 1 üzvündə koronavirus aşkarlanıb

Arif Turan

Nazirlik şəhidin tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq

Arif Turan

Fəaliyyətini bərpa edən metrodan istifadə qaydaları açıqlandı

Legitim Legitim

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq